Yazını böyüt
Yazını kiçilt
Ermənistanda hərbi xidmətə çağırılan gənclərin valideynləri etiraz aksiyası keçiriblər.
Hafta.az erməni KİV-nə istinadən xəbər verir ki, 8 yanvarda bir qrup çağırışçı valideyni Hərbi Universitetin yaxınlığında etiraz aksiyası keçirərək, övladlarının Qarabağa aparılmamasını tələb edib.
Çağırışçılardan birinin valideyni bildirib ki, onların uşaqlarının Qarabağa sağ-salamat çatmasına zəmanət yoxdur.
"Qoy Müdafiə Nazirliyindən birisi gəlsin və desin ki, uşaqlarımız Ermənistanın hərbi hissələrinə aparılır, Qarabağa deyil".